İspaniya çempionu "Barselona" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi "Palmeyras"ın yarımmüdafiəçisi Mateus Fernandesi transfer edib.
 
Bu barədə "Barselona"nın rəsmi saytı məlumat yayıb. Lakin 21 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Kataloniya klubu braziliyalı futbolçu üçün qarşı tərəfə 7 milyon avro ödəyəcək. Amma Fernandes yeni komandasına 2020-ci ilin yayında qoşulacaq.
 
"Botafoqo"nun yetirməsi olan Fernandes 2019-cu ildən "Palmeyras"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest