"Çalışıb sonuncu pillədən qurtulmalıyıq. Bilirsiniz ki, İbrahim Niasse ilə David Volkov komandadan getdi. Niassenin necə səviyyəli bir futbolçu olduğunu bilirik"

"Açığı, belə bir başlanğıc gözləmirdik. Fasilədən sonra hər üç görüşdə məğlub olacağımız gözlənilməz idi. "Sabah"a və "Səbail"ə qarşı oyunlarda hesabı biz açmışdıq. Daha sonra 3 qol buraxaraq uduzduq. Ancaq bundan sonra qələbələr qazanmağın vaxtıdır".

Bu sözləri matc.az saytına  "Qəbələ"nin futbolçusu Qismət Alıyev deyib. O bildirib ki, komanda üzvlərinə yaxşı əhval-ruhiyyə gəlməsi üçün qələbə qazanmalıdırlar: "çalışıb sonuncu pillədən qurtulmalıyıq. Bilirsiniz ki, İbrahim Niasse ilə David Volkov komandadan getdi. Niassenin necə səviyyəli bir futbolçu olduğunu bilirik. Volkov isə uzun müddətdir bizimlə idi. Komandaya çox faydası dəymişdi. Yeni gələn oyunçular da əllərindən gələni edirlər. Məncə, vaxt keçdikcə qarşıdakı oyunlarda "qara zolaq"dan çıxacağıq. İndiki futbolçularımız da səviyyəlidirlər. Təzə oyunçular növbəti görüşlərdə bizə çox kömək edəcəklər". 

23 yaşlı futbolçu "Qəbələ"nin təcrübə baxımından əziyyət çəkdiyini düşünmür: "Son iki görüşdə hesabı biz açsaq da, məğlub olduq. Ancaq məncə, bunun təcrübə ilə əlaqəsi yoxdur. Bundan öncə də geriyə düşdüyümüz oyunlarda qalib gəlməyi bacarmışdıq. Sadəcə, dərhal toparlanmalı və sonuncu yerdən çıxmalıyıq. Bizim üçün hazırda əsas məqsəd budur. Qarşıdan "Neftçi" ilə oyun gəlir. Açığı, hazırda bu görüşlə bağlı nəsə demək çətindir. Hər oyuna olduğu kimi buna da eyni hazırlaşacağıq. çalışıb, mütləq xal qazanmalıyıq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest