“Real Madrid” kapitanı Serxio Ramos üçün müqavilə yeniləməyə tələsmir. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, “kral klubu” müdafiəçin sözləşməsinin bitməsini gözləmək niyyətindədir. Ramosun Madrid təmsilçisi ilə müqaviləsi sona çatanda artıq 35 yaşı olacaq. Buna görə də “Real Madrid” ona yeni təklif verməyə tələsmir. Ancaq əgər futbolçu istəyərsə, onunla bir il daha çalışılacaq.

Qeyd edək ki, 34 yaşlı müdafiəçinin klubu ilə 2021-ci ilə qədər anlaşması var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest