Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.
 
Matc.az xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində baş tutan matçda "Abşeron" Gürcüstan komandası ilə qüvvəsini sınayıb.
 
Görüş Eldar Yusubovunun yetirmələrinin qələbəsi ilə başa çatıb. İlk iki hissədə rəqibini 25:15 hesabı ilə məğlub edən "Abşeron" üçüncü setdə 25:21 hesabı ilə qalib gəlib - 3:0.
 
Nəticədə aktivinə daha 3 xal əlavə edən komanda yenidən lider "Azərreyl"lə xal fərqini bərabərləşdirib. "Dəmiryolçular" kimi 15 xala malik "Abşeron" set fərqində rəqibindən geri qalır. Gürcüstan komandası isə hələlik 2 xal toplayıb və 5-ci yerdə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest