Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Matc.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçirilib.

Turun maraqla gözlənilən matçı Londonda baş tutub. “Çelsi” evdə “Bavariya”nı qəbul edib. Münhen təmsilçisi səfərdə darmadağınla qalib gələrək cütün taleyini elə ilk oyundaca həll edib. Digər görüş isə İtaliyada olub. Cari mövsümdə A Seriyasında istədiyi kimi çıxış edə bilməyən “Napoli” doğma meydanda “Barselona”nı qonaq edib. Bu oyunda isə qalib müəyyənləşməyib.

Çempionlar Liqası, 1/8 final mərhələsi

“Çelsi” – “Bavariya” 0:3
Qol: Qnabri, 51; 54. Levandovski, 76.
London. “Stemford Bridc”. Hakim: Klement Turpin.

Çelsi: Kabalyero, Rudiger, Alonso, Kristensen, Aspilikueta, Ceyms, Jorjinyo, Barkli, Kovaçiç, Maunt, Jiru.

Bavariya: Noyer, Pavar, Boatenq, Alaba, Kimmix, Alkantara, Qnabri, Koman, Devis, Müller, Levandovski.


“Napoli” – “Barselona” 1:1
Qol: Mertens, 30 - Qrizmann, 57.
Neapol. “San Paolo”. Hakim: Feliks Brik

Napoli: Ospina, Demme, Mariu Ruy, Maksimoviç, Di Lorenso, Manolas, Ruis, Zelinski, Mertens, Kalyexon, İnsinye.
 
Barselona: Ter Ştegen, Semedo, Pike, Umtiti, Firpo, Buskets, De Yonq, Vidal, Rakitiç, Qrizmann, Messi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest