"İnter"in hücumçusu Lautaro Martines "Barselona"ya getməyəcək. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumata görə, rəhbərlik 22 yaşlı futbolçu üçün Kataloniya təmsilçisinin təklif etdiyi 111 milyon avronu qəbul etməyib. Onlar argentinalı forvard üçün qarşı tərəfdən 160 milyon avro tələb edir. Xəbərdə hücumçu ilə "Real" və "Mançester Yunayted"in də maraqlandığı iddia edilir.

Martines cari mövsümdə A Seriyasında çıxdığı 21 matçda 11 qol vurub.                       

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest