Basketbol üzrə kişilər arasında Azərbaycan Superliqası bərpa olunur. Matc.az xəbər verir ki, koronavirusun yayılma ehtimalı səbəbindən təxirə salınan XXI turun qarşılaşmaları sabah baş tutacaq.
 
III dövrənin sonuncu turu Xırdalandakı Abşeron İdman Olimpiya Kompleksində keçiriləcək. Görüşlərin təqvimini diqqətinizə çatdırırıq:
 
11 mart (çərşənbə)
 
12:00. "Atom" - "Zirvə"
14:00. "Atletik" - "Sərkərdə"
16:00. "Sıçrayış" - "Xırdalan"
18:00. "80-lər” - "Gəncə"
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest