"Milan"ın hücumçusu Qonsalo İquain mövsümün sonunda "Yuventus"a qayıda bilər. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, "rossonyerlər" argentinalı forvardın çıxışından məmnun deyil.

"Milan" icarə əsasında bu komandanın formasını geyinən oyunçunun birbaşa transferi üçün gələn yay 36 milyon avro ödəməlidi. Lakin klub bu məbləği vermək niyyətində deyil.

Qeyd edək ki, "Milan" birillik icarə üçün "Yuventus"a 18 milyon avro ödəyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest