Argentina millisinin və “Valensiya”nın futbolçusu Ezekiel Qaray koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu şəxsi “instagram” hesabından məlumat yayıb.
 
O, paylaşımında koronavirus testinin müsbət çıxdığını və hazırda karantində olduğunu bildirib.
 
Qarayla yanaşı, “Valensiya” klubu da karantinə alınıb. Məsələ burasındadı ki, argentinalı futbolçunun açıqlamasından bir neçə saat sonra La Liqa təmsilçisi rəsmi saytı vasitəsilə klubdakı vəziyyətin daha ciddi olduğunu bəyan edib. Belə ki, Qaraydan başqa, bu komandada daha 4 nəfər koronavirusa yoluxub. Klubun futbolçu və texniki heyətinə daxil olan həmin şəxslərin kimliyi açıqlanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest