Azərbaycanda daha bir komanda fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib.
 
Matc.az xəbər verir ki, söhbət “Sabah” Futbol klubundan gedir.
 
Paytaxt təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi qərarla əlaqədar olaraq, “Sabah” Futbol Klubu əsas, əvəzedici və akademiya komandalarının məşqlərini müvəqqəti olaraq dayandırır.
 
Xatırladaq ki, atılmış bu addım kollektivin sağlamlığı nəzərə alınaraq, infeksiyaya yoluxmaq riskinin azaldılmasına hesablanıb.
 
Daha öncə “Neftçi” və “Sumqayıt” da bütün komandaların məşqlərinə fasilə verildiyini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest