İspaniyanın həvəskarlar liqasında mübarizə aparan "Atletiko Portado Alta" klubunun futbolçusu Fransisko Qarsiya dünyasını dəyişib.
 
Matc.az "Marca"ya istinadən xəbər verir ki, bu yaxınlarda onkoloji xəstəlik aşkarlanan 21 yaşlı oyunçu koronavirusdan vəfat edib.
 
Qarsiya həm də "Atletiko Portado Alta"nın gənclərdən ibarət komandasının baş məşqçisi idi.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest