“Bavariya” Manuel Noyerlə razılığa gələ bimir. Matc.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı qolkiper klubdan 5 illik sözləşmə tələb edir. Ancaq Münhen təmsilçisi Noyerə 3 illik müqavilə təklif edib. Tərəflərin razılığa gələ bilmədiyi bildirilir. “Bavariya” bu səbəbdən də “Barselona”nın qapıçısı Ter Ştegeni transfer etmək niyyətindədir. Ancaq Kataloniya klubu futbolçunu buraxmaq istəmir.

Qeyd edək ki, Noyerlə “Çelsi”nin maraqlandığı iddia edilir. Təcrübəli qapıçının karyerasını İngiltərədə davam etdirməyə müsbət yanaşdığı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest