Serbiya polisi Səudiyyə Ərəbistanının "Əl İttihad" klubunun futbolçusu Aleksandar Priyoviçi həbs edib.
 
Matc.az xarici mətbuata istinadən xəbər verir ki, buna 29 yaşlı hücumçunun öz ölkəsində tətbiq olunan komendant saatını pozması səbəb olub.
 
O, yerli vaxtla 17:00-dan sonra Belqraddakı otellərdən birindəki restoranda beş nəfərlə spirtli içki qəbul edib. Onların hamısını polis saxlayıb.
 
Qeyd edək ki, Serbiya hökuməti koronavirusun yayılmasının qarşısını almaq üçün komendant saatı tətbiq edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest