“İnter” Lautaro Martines üçün “Barselona” ilə danışıqları davam etdirir. Matc.az xəbər verir ki, İtaliya klubu ilkin mərhələdə qarşı tərəflə razılaşa bilməyib.

Belə ki, Kataloniya təmsilçisi futbolçu üçün tələb edilən 111 milyon avronu ödəmək istəmir. Bunun üçün də Nelson Semedo və Xunior Firpo ilə yanaşı, bəlli bir miqdar təklif edib. Ancaq “İnter” bununla razılaşmayıb. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

Qeyd edək ki, Martinesin klubla müqaviləsi 2023-cü ilə qədərdir. O, bu mövsüm komandası ilə keçirdiyi 31 oyunda 16 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest