"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba karyerasını "Real"da davam etdirə bilər. Matc.az xəbər verir ki, fransalı futbolçu İspaniyada oynamağa müsbət yanaşır.

Məlumata görə, 27 yaşlı oyunçu "Yuventus"un ciddi marağına baxmayaraq, "kral klubu"na qoşulmağa üstünlük verir. "Mançester Yunayted" rəhbərliyi yarımmüdafiəçini komandada saxlamaq istəsə də, Poqbanın ayrılacağı bildirilir.

Qeyd edək ki, futbolçu bu mövsüm Premyer Liqada 8 oyun keçirib və 2 asisst edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest