 
 
	Futbol üzrə Fransa Liqa 1-də yeni mövsümün başlayacağı vaxt məlum olub.
	Matc.az "RMC Sport"a istinadən xəbər verir ki, Liqa 1-də yeni mövsüm avqustun 23-də start götürəcək. Liqa 2-nin oyunları isə avqustun 22-də başlayacaq.
	Mövsümün tam təqviminin iyunun 17-dən sonra müəyyənləşəcəyi bildirilir.
	Fransa Liqa 1-də 2019-20 mövsümü koronavirus səbəbiylə dayandırılmış, daha sonra mövsümün erkən sona çatdırılmasına qərar verilmişdi. çempionatın qalibi turnir cədvəlinə əsasən PSJ elan olunub.
				
         	
                                             
               
 
             
 















