Uelsli futbolçu Qaret Beyl "Real"dan ayrılmayacaq. Matc.az "Marca"ya istinadən xəbər verir ki, 30 yaşlı oyunçuya heç bir klubdan rəsmi təklif yoxdur.

Beylin komandanın baş məşqçisi Zinədddin Zidanla münasibətlərinin yaxşı olmadığı deyilir. Bu səbəbdən də oyunçunun ayrılacağı gözlənilirdi. Daha əvvəl "Nyukasl"ın uelsli yarımmüdafiəçi üçün namizəd olduğu bildirilsə də, hələlik rəsmi  təklif yoxdur. Onun növbəti mövsüm də "kral klubu"nda qalacağı ehtimal edilir.

Qeyd edək ki, 30 yaşlı futbolçu cari mövsüm La Liqada 14 oyunda çıxış edib və 2 qol vurub.        

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest