“Arsenal”ın hücumçusu Pyer-Emerik Obameyanq karyerasını Fransada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadla xəbər verir ki, PSJ oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, Paris klubu qabonlu forvard üçün 40-45 milyon funt sterliq ödəməyə hazırdır. “Topçular” oyunçunu satmaq istməsələr də, koronavirus pandemiyasının yaratdığı maliyyə böhranı fikirlərini dəyişə bilər.

Qeyd edək ki, İtaliyanın “İnter” klubu da Obameyanqla maraqlanır. A Seriyası təmsilçisinin futbolçu ilə danışıq apardığı bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest