Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alan Şaiq Həmidov vəfat edib

Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və uzun illər Premyer Liqa oyunlarına AFFA nümayəndəsi kimi təyinat alan Şaiq Həmidov vəfat edib.
 
Matc.az xəbər verir ki, Həmidov, bu gün xərçəng xəstəliyindən ölüb.
 
Həmidov, 2013-cü ildə Milli Paralimpiya Komitəsinin 4-cü hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.
 
Həmidov, 2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olub. AFFA-da hakim inspektor vəzifəsində çalışıb.
 
Allah rəhmət eləsin!

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest