Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
“İnter” bu turda “Parma”nı, “Napoli” isə SPAL-ı sınağa çəkib. Hər iki oyunda favoritlər qələbə qazanan tərəf olub.
 
Turun mərkəzi görüşü Milanda keçirilib. Şəhərin eyniadlı komandası paytaxt təmsilçisi “Roma” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşdən inamlı qələbə ilə ayrılıblar.
 
İtaliya A Seriyası
28-ci tur
26 iyun
 
Yuventus – Leççe 4:0
Qol: Dibala, 53. Ronaldo, 61-pen. İquayn, 84. De Liqt, 86.
 
27 iyun
 
Breşiya – Cenoa 2:2
Qol: Donnarumma, 10. Semprini, 13 – Falke, 38-pen. Pinamonti, 69-pen.
 
Kalyari – Torino 4:2
Qol: Nandes, 12. Simeone, 17. Naynqqolan, 46. J.Pedro, 68-pen – Bremer, 60. Belotti, 66.
 
Latsio – Fiorentina 2:1
Qol: İmmobile, 67. L.Alberto, 83 – Riberi, 25.
 
28 iyun
 
Milan – Roma 2:0
Qol: Rebiç, 76. H.Çalhanoğlu, 89-pen.
 
Napoli – SPAL 3:1
Qol: Mertens, 4. Kallexon, 36. Yunes, 78 – Petanya, 29.
 
Sampdoriya – Bolonya 1:2
Qol: Bonatsoli, 88 – Barrov, 72. Orsolini, 75.
 
Sassuolo – Verona 3:3
Qol: Boqa, 53; 77. Rocerio, 90+7 – Lazoviç, 51. Stepinski, 57. Pessina, 68.
 
Udineze – Atalanta 2:3
Qol: Lasanya, 31; 87 – Sapata, 9. Muriel, 71; 79.
 
Parma – İnter 1:2
Qol: Jervinyo, 15 – De Vrey, 84. Bastoni, 87.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest