Azərbaycan millisi və "Sabah"ın hücumçusu Ramil Şeydayevin karyerasını harda davam edəcəyi bəlirsizdir. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi ilə mövsüm sonuna qədər müqaviləsi olan 24 yaşlı forvardın hazırkı klubu ilə danışıqları davam edir.

Yanvarda "Sabah"la sözləşmə imzalayan Şeydayevin mövsüm sonunda karyerasını Avropada davam etdirəcəyi gözlənilirdi. Ancaq koronavirus pandemiyasının yaratdığı böhran futbolçunun bu istəyinə mane ola bilər.

Paytaxt klubundan matc.az saytına verilən məlumata görə isə hazırda Ramilin klubdakı gələcəyi ilə bağlı hər hansı bir yenilik yoxdur. Futbolçunun "Sabah"la müqaviləsinin sona çatdığı və tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest