PSJ-nin forvardı Edinson Kavani  karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvalı hücumçu ilə "İnter" maraqlanır.

Bildirilir ki, 33 yaşlı oyunçu mövsüm sonu Paris klubundan ayrılacaq. Azad agent statusu daşıyacaq futbolçu Milan təmsilçisinə keçməyə yaxındır. Artıq Kavaninin meneceri ilə  "İnter" rəhbərliyinin təmasa keçdiyi vurğulanıb.

A seriyası təmsilçisi təcrübəli forvarda illik 8 milyon avro ödəməyə razıdır.

Qeyd edək ki, "İnter" "Real"ın müdafiəçisi Əşrəf Hakimini də heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest