Qadın voleybolçular arasında dünya çempionatının İtaliya – Azərbaycan matçının statistik göstəriciləri açıqlanıb. Matç.az saytı xəbər verir ki, Apennin təmsilçisinin 3:0 (25:12, 25:19, 25:10) hesabı ilə qalib gəldiyi görüşün ən məhsuldar oyunçusu italiyalı Miriam Fatima Silla olub. O, komandasına 17 xal qazandırıb.

Millimiz isə 41 xaldan 18-ni rəqibin səhvi hesabına aktivinə yazıb. Digər 23 xaldan Odina Əliyeva 7, Natalya Məmmədovayla Olena Həsənova 4, Polina Rəhimova ilə Ayşən Əbdüləzimova 3, Yana Əzimova və Anastasiya Qurbanova 1-ni hesabına yazıb.

Hücumda Odina Əliyeva 6, Natalya Məmmədova 4, Olena Həsənova 3, Polina Rəhimova 2, Ayşən Əbdüləzimova və Anastasiya Qurbanova hərəyə 1 xal əldə edib.

Blokda isə Olena Həsənova, Yana Əzimova və Ayşən Əbdüləzimova hərəyə 1 xal götürüb. Odina Əliyeva, Ayşən Əbdüləzimova və Polina Rəhimova servisdən də 1 dəqiq zərbə endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest