Futbol üzrə 2019-20 mövsümünün ən yaxşı çempionatı açıqlanıb. Matc.az nüfuzlu "Marca" nəşrinə istinadən xəbər verir ki, Avropanın beş böyük liqasının daxil olduğu siyahıda Almaniya Bundesliqası birinci yerdədir.

Məlumata görə, cari mövsüm Bundesliqada 982 qol vurulub. Bu, hər oyunda orta hesabla 3,21 qol olduğu anlamına gəlir. İkinci yerdə isə İtaliya çempionatı qərarlaşıb. A Seriyasında mövsüm ərzində 1088 qol vurulub (3,21). Ancaq İtaliya çempionatında qarşıda hələ iki tur olduğunu nəzərə alsaq, sıralamanın dəyişmə ehtimalı da var.

Siyahıda sonrakı yerlərdə Premyer Liqa (1.034 - 2.72), Fransa Liqa 1 (2.53) və İspaniya La Liqası (942 - 2.48) var.  

Xatırladaq ki, Liqa 1-də mövsüm 28-ci turdan sonra koronavirus səbəbindən vaxtından əvvəl tamamlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest