Futbol üzrə İran çempionatında 27-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.
 
“Maşinsazi” səfərdə “Saypa” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib – 0:1.
 
Təbrizin digər təmsilçisi “Traktor” isə doğma meydanda “Paykan”la üz-üzə gəlib. Bu oyun heç-heçə başa çatıb - 0:0.
 
“Traktor” hazırda 46 xalla 16 kollektiv arasında 2-ci, “Maşinsazi” isə 27 xalla 11-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest