"Napoli"nin mərkəz müdafiəçisi Kalidu Kulubali karyerasını İngiltərədə davam etdirməyə yaxındır. Matc.az xəbər verir ki, "Mançester Siti" oyunçunu transfer etməkdə israrlıdır.

Məlumata görə, İtaliya klubu 29 yaşlı futbolçunu satmağa razılıq verib. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiolanın israrla istədiyi müdafiəçi növbəti mövsümdən karyerasını Premyer Liqada davam etdirə bilər.

Seneqallı futbolçu 2014-cü ildən "Napoli"dən çıxış edir. O, cari mövsüm A Seriyasında 24 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest