Rusiyanın “Zenit” klubunun futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak “Rusiya-24” telekanalına açıqlamasında məlumat verib.
 
44 yaşlı mütəxəssis iki oyunçunun durumunun şübhəli olduğu və onlardan birinin testinin müsbət nəticələndiyini bildirib. Semak futbolçunun adını açıqlamayıb və hər iki oyunçunun karantində olduğunu söyləyib.
 
Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsüm başlayıb. “Zenit” avqustun 11-də səfərdə “Rotor”la üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest