"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhləsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov açıqlama verib. Matc.az "Sportmedia" saytına istinadən xəbər verir ki, o, hələ ki diqqətlərinin çempionat oyununda olduğunu bildirib:

"Qarabağ"la oyun? İndi bütün fikirlərimiz cümə günü "Pelister" qarşılaşmasındadır. İlk turda "Belasika"ya qarşı aldığımız 6:0 hesablı qələbədən sonra bu görüşdə də qalib gəlmək istəyirik. Oyunçularıma şənbə gününə qədər "Qarabağ" barədə düşnüməyi qadağan etmişəm".

Qeyd edək ki, "Qarabağ" - "Sileks"  oyunu çərşənbə axşamı saat 20:00-da "Tofiq Bəhramov" stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest