"Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya "Barselona"ya keçməyə yaxındır. Matc.az xəbər verir ki, artıq klublar razılığa gəliblər.

Məlumata görə, Kataloniya təmsilçisi 19 yaşlı futbolçu üçün 18 milyon avro ödəyəcək. Müdafiəçini Ronald Kumanın israrla istədiyi bildirilir. Transferin yaxın vaxtlarda rəsmən açıqlanması gözlənilir.

Qeyd edək ki, Qarsiya "Barselona"nın yetirməsidir. O, 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Futbolçu ötən mövsüm Premyer Liqada debüt edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest