"Keşlə" ötən mövsüm Rumıniyanın "Universitatya Krayova" klubundan icarəyə götürdüyü Sezar Meza Kollini yenidən heyətinə qaytarmağa hazırlaşır. Matc.az saytının əldə etdiyi məlumata görə, klub rəhbərliyi paraqvaylı yarımmüdafiəçi ilə razılığa gəlib. Rumıniya mətbuatı Sezar Meza Kollinin "Universitatya Krayova" ilə müqaviləsini ləğv etdiyini və onun azad agent statusuna malik olduğunu yazıb.
 
Onun tezliklə Bakıya gəlib rəsmi müqaviləyə imza atması gözlənilir.
 
Sezar 2013-2016-cı illər aralığında "Keşlə"nin "İnter" adlandığı dövrdə də bu klubun uğurları üçün çalışıb. 29 yaşlı futbolçu 2018-ci ildə də paytaxt təmsilçisində forma geyinmiş və məhz bu klubdan Rumıniya təmsilçisinə transfer olunmuşdu.
 
ötən mövsüm icarə əsasında yenidən "Keşlə"yə qayıdan Meza Kolli, bu ilin əvvəlində koronavirus pandemiyasına görə elan olunmuş karantin dövründə Azərbaycanı tərk edib. Bakılılar yaydan bəri onun yolunu gözləsə də, Sezar başqa klublardan daha sərfəli təklif almaq ümidi ilə "Keşlə"yə qayıtmaqdan imtina edirdi. İndi isə əli hər yerdən üzülən futbolçu dördüncü dəfə Azərbaycan təmsilçisi ilə müqavilə bağlamağa gəlir.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest