"Biz isə öz oyunumuzu göstərə bilmədik. 1-ci və 3-cü setdə rəqiblə başabaş mübarizə aparsaq da, 2-ci hissədə rəqibi çox qabağa buraxdıq və çata bilmədik"

"çin yığmasının çox güclü olduğunu bilirdik. Onlar çox yaxşı oyun göstərdilər". Matç.az saytı xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

O, Yaponiyada keçirilən dünya çempionatında çindən alınan 0:3 (17:25, 16:25, 17:25) hesablı məğlubiyyətə şərh verib: "Biz isə öz oyunumuzu göstərə bilmədik. 1-ci və 3-cü setdə rəqiblə başabaş mübarizə aparsaq da, 2-ci hissədə rəqibi çox qabağa buraxdıq və çata bilmədik".

Millimizin kapitanı Odina Əliyeva isə dünya çempionatının voleybolçularımıza təcrübə baxımından faydalı olduğunu qeyd edib: "Dünya çempionatındakı hər gün bizim üçün dərsdi. Bugünkü görüş də çox önəmli idi. Yaxşı təcrübə topladıq. Son iki görüşdə mümkün olan hər şeyi etməyə çalışacağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest