Avropa Liqasında qrup mərhələsinin VI turunun ən yaxşısı adına namizədlər açıqlanıb. Matç.az saytı xəbər verir ki, UEFA son turun oyunçusu adına 4 iddiaçını müəyyənləşdirib.

Bunlar "Krasnodar"a 2 qol vuran Vissam Ben Yedder (Sevilya), "Astana"nı dublla dayandıran İsmaila Sarr (Renn), AEL-in darmadağınına 2 topla töhvə verən Dominik Kor (Bayer) və "Sarpsborq"u 1 dəfə məyus edən Sander Berqedi (Genk).

Qeyd edək ki, turun oyunçusu azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest