“Sumqayıt” Azərbaycan Premyer Liqasında 25-ci səfər qələbəsini qazanıb.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, 7-ci turun “Sabah”la qarşılaşmasına təsadüf edib.
 
Ayxan Abbasovun yetirmələri “Bank Respublika Arena”da 2:1 hesabı ilə qalib gəlib. Sumqayıtın eyniadlı təmsilçisi rəqib meydanlarında 139-cu matçında 25-ci qələbəyə sevinib. Komandanın hesabında 38 heç-heçə və 76 məğlubiyyət də var. “Sumqayıt” ölkə çempionatları tarixində səfərdə 25 və ya daha çox qələbəsi olan 17-ci komanda olub.
 
Öz meydanında uduzan “Sabah” isə 15-ci ev məğlubiyyətini alıb. Bu, 26-cı görüşə təsadüf edib. Bakılılar evdə 6 qələbə qazanıb və 5 dəfə heç-heçəylə kifayətlənib.
 
Qeyd edək ki, “Sumqayıt” 2011/12, “Sabah” 2018/19 mövsümündən Premyer Liqada mübarizə aparır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest