Futbol üzrə İtaliya yığmasının sabiq müdafiəçisi Franko Barezi “Milan”ın fəxri vitse-prezidenti təyin olunub.
 
Matc.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
60 yaşlı veteran futbolçunun karyerası yalnız “Milan”la bağlıdır. Bu klubun yetirməsi olan, 1977-1997-ci illər aralığında 500-dən çox oyun keçirən müdafiəçi, altı dəfə İtaliya çempionu, üç dəfə Çempionlar Kubokunun/Çempionlar Liqasının qalibi olub. Barezi İtaliya millisində də 80-dən çox matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest