Futbol üzrə İngiltərə yığmasının və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Nobbi Staylz dünyasını dəyişib.
Matc.az xəbər verir ki, bu barədə "Mançester Yunayted"in rəsmi saytı məlumat yayıb.
Veteran futbolçu 78 yaşında vəfat edib.
Staylz İngiltərə yığmasının heyətində Dç-1966-nın qalibi olub. Karyerasının böyük hissəsini "Mançester Yunayted"də keçirmiş futbolçu, sonralar "Midlsbro" və "Preston"da da forma geyinib.