"Barselona" La Liqanın 10-cu turu çərçivəsində qarşılaşacağı "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin futbolçuları Serxio Buskets, Samuel Umtiti və Ansu Fati Madrid klubu ilə oyunu buraxaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə hər üç futbolçunun zədə səbəbindən komandaya kömək edə bilmədiyi diqqətə çatdırılıb.
 
Qeyd edək ki, zədə səbəbindən bir aydır oynamayan Filippe Koutinyonun adı isə iştirak ərizəsinə salınıb.
 
Bu gün keçiriləcək "Atletiko" - "Barselona" matçına Bakı vaxtı ilə 24:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest