 
 
	Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2020/21 mövsümünün püşkü atılıb.
	Matc.az xəbər verir ki, püşkatma mərasimi Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olub.
	AFFA-nın inzibati binasında keçirilən tədbir "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanıb.
	Bu mövsüm yarışa Premyer Liqanın 8 komandası ilə yanaşı, Birinci Divizion təmsilçilərindən "Turan Tovuz", "Zaqatala", "Kəpəz" və "Qaradağ Lökbatan" qatılıb.
	ötən mövsüm Premyer Liqanı ilk 4 pillədə başa vurmuş "Qarabağ", "Neftçi", "Keşlə" və "Sumqayıt" komandaları mübarizəyə 1/4 final mərhələsindən başlayacaqlar. 1/8 final mərhələsinin püşkü qalan klubların iştirakı ilə atılıb.
	Qeyd edək ki, Azərbaycan Kubokunda mübarizəyə dekabrın 24-də start veriləcək. Həmin gün bir oyunluq sistemlə 1/8 final oyunları keçiriləcək. 1/4 final qarşılaşmaları isə 2021-ci il 1-2 fevral və 6-7 fevralda olacaq.
	Azərbaycan Kuboku
	1/8 final
	1. "Səbail" - "Zaqatala"
	2. "Turan Tovuz" - "Qəbələ"
	3. "Sabah" - "Kəpəz"
	4. "Qaradağ Lökbatan" - "Zirə"
	1/4 final
	5. "Sumqayıt" - 1-ci cütün qalibi
	6. "Qarabağ" - 2-ci cütün qalibi
	7. "Keşlə" - 3-cü cütün qalibi
	8. "Neftçi" - 4-cü cütün qalibi

 
             
 



_1761913751.jpg)




_1761908608.jpg)


_1761905491.jpg)



