Qış "transfer pəncərəsi" rəsmi olaraq açılmasa da, "Keşlə"nin futbolçularının taleyinə bir-bir aydınlıq gəlməkdədi. Matç.az saytının məlumatına görə, daha bir oyunçunun komandanı tərk edəcəyi bəllidi. Belə ki, fransalı Diallo Quidileyenin xidmətində maraqlı olmayan paytaxt təmsilçisi qambiyalı Sohna Ebrimanı da yola salmaq üzrədi.

Onunla yanaşı, Məmməd Quliyev də mövsümün ikinci yarısında "qırmızılar"ın heyətində olmayacaq.

Ebrimanın "Keşlə" karyerası 1 il sürüb. Əvvəlki uğurları ilə öyünə bilməyən Qambiya millisinin 30 yaşlı yarımmüdafiəçi Azərbaycanda kubok sahibi olub, avrokubok həyəcanı yaşayıb. Düzdü, Avropa Liqasının 2 matçındakı 180 dəqiqə sarı vərəqədən başqa heç nəylə əlamətdar olmayıb. Premyer Liqada ötən mövsümün ilk yarısında 11, çari çempionatda 7 dəfə şans qazanan Ebrina 1413 dəqiqə ərzində 4 xəbərdarlıq alıb. ölkə kubokunun 4 matçında 315 dəqiqə meydanda olan legioner bu turnirdə də vərəqəsiz qalmayıb. O, 2 dəfə cəzalanıb. ümumilikdə isə qambiyalının "Keşlə" macəraları 24 oyun və 7 sarı vərəqədən ibarət olub.

Cari mövsümün gedişində "Keşlə"yə qoşulan Diallo paytaxt təmsilçisində uzun müddət duruş gətirməyib. Fransa vətəndaşı kimi qeydiyyatdan keçən Mavritaniya millisinin 29 yaşlı yarımmüdafiəçisi II dövrədən ölkəmizdə çıxış edir. O, oktyabrın ikinci yarısında sıralarında olduğu "Keşlə"nin həmin vaxtdan sonrakı bütün matçlarında iştirak edib. 8 çempionat və 2 kubok görüşünə çıxan Diallo bu müddətdə yalnız sarı vərəqələrlə yadda qalıb. O, çempionatdakı 664 dəqiqədə 3, kubokdakı 135 dəqiqədə 1 xəbərdarlıq görüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest