Son klubu Cənubi Koreya təmsilçisi "Seul E-Land" olan çilili oyunçu ilə danışıqlar müsbət yekunlaşarsa, o, çempionatın ikinci dövrəsində yenidən Topaz Premyer Liqasında çıxış edəcək.

"Səbail" qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır. Matç.az saytı xəbər verir ki, paytaxt təmsilçisi hücum zonasında dəyişiklik planlayır.

Yeni gələcək oyunçu isə azərbaycanlı futbolsevərlərə tanış simadır. Belə ki, daha əvvəl bir müddət "Neftçi"də də çıxış etmiş İqnasio Errera – Naço karyerasını yenidən ölkəmizdə davam etdirə bilər.

Son klubu Cənubi Koreya təmsilçisi "Seul E-Land" olan çilili oyunçu ilə danışıqlar müsbət yekunlaşarsa, o, çempionatın ikinci dövrəsində yenidən Topaz Premyer Liqasında çıxış edəcək.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında Qazaxıstanın "İrtış" klubundan transfer edilmiş hücumameyilli futbolçu 2018-ci ilin yayında "Neftçi"dən getmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest