Turun mərkəzi görüşü İstanbulda keçirilib. Mövsümə uğurlu start verən "Fənərbaxça" doğma meydanda "Beşiktaş"la qarşılaşıb. 7 qolun vurulduğu derbidə sevinən tərəf "qara qartallar" olub.

Futbol üzrə Türkiyə Super Liqasında 10-cu turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.
 
Dörd qolun vurulduğu "Ərzurumspor" – "Antalyaspor" matçında qalib müəyyənləşməyib. "Kasımpaşa" "Gənclərbirliyi"ni, "Alanyaspor" "Konyaspor"u məğlub yola salıb.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Mövsümə uğurlu start verən "Fənərbaxça" doğma meydanda "Beşiktaş"la qarşılaşıb. 7 qolun vurulduğu derbidə sevinən tərəf "qara qartallar" olub.
 
"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Sivasspor" "Göztəpə" ilə üz-üzə gələcək.
 
Türkiyə Super Liqası
10-cu tur
27 noyabr
 
Ankaragücü – Trabzonspor 0:1
Qol: Baker, 45+1.
 
28 noyabr
 
Qaziantep – Yeni Malatyaspor 2:2
Qol: Miralyas, 19. Kana, 74 – A.Büyük, 50. J.Topallı, 90+5.
 
Başakşəhər – Dənizlispor 3:3
Qol: Gulbrandsen, 11; 21. D.Ba, 59 – O.özdemir, 62. Rodalleqa, 90+1. Muravski, 90+6-pen.
 
Rizəspor – Qalatasaray 0:4
Qol: Mbaye, 45+1; 52; 79. T.Antalyalı, 86.
 
29 noyabr
 
Ərzurumspor – Antalyaspor 2:2
Qol: Kanak, 29. Qomes, 85 – V.Sarı, 60. G.Bayrakdar, 65.
 
Kasımpaşa – Gənclərbirliyi 2:0
Qol: Hodziç, 16; 25.
 
Alanyaspor – Konyaspor 1:0
Qol: Babakar, 37.
 
Fənərbaxça – Beşiktaş 3:4
Qol: Sisse, 34. O.Tufan, 68; 90+7 – Abubakar, 4; 20. N.Uysal, 54. Nskala, 88.
 
30 noyabr
 
20:30 Kayserispor – Fatih Karagümrük
20:30 Sivasspor – Göztəpə

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest