Türkiyənin "Yeni Malatyaspor" klubunun üç üzvündə koronavirus aşkarlanıb.
	Matc.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
	Xəbərdə, komandanın 3 məşqçisinin virusa yoluxduğu bildirilib.
	Virusa yoluxanların adları açıqlanmayıb və onlar karantinə alınıblar.
	Daha öncə bu komandanın 3 futbolçusunda da koronavirus aşkarlandığı açıqlanmışdı.
				
         	
                                             
               
            
 










