Niderlandın "Ayaks" klubu sol cinah müdafiəçisi Nikolas Talyafiko ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
28 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2023-cü ilin yayına kimi bu komandanın uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki müqavilənin müddəti 2022-ci ilin yayında bitəcəkdi.
 
Xatırladaq ki, Talyafiko "Ayaks"a 2018-ci ildə ölkəsinin "İndependyente" klubundan transfer olunub. Argentina yığmasının da üzvü olan müdafiəçi, Niderland klubunda 111 rəsmi oyuna çıxıb, 12 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest