Bu gün Azərbaycan futbolunda 2018-ci ilin son görüşləri keçirilib. Matç.az xəbər verir ki, il ölkə kubokunun 1/4 final mərhələsinin son oyunları ilə başa çatıb.

Cavab oyunları çərçivəsində keçirilən iki qarşılaşma yarımfinal cütünə aydınlıq gətirib. Hər iki matç paytaxtda baş tutub.

"Əlincə Arena"da "Sabah" "Qəbələ"ni qəbul edib. Premyer Liqanın turnir cədvəlində də qonşu olan komandalarının 4 gün əvvəlki duelində 1:0 hesabı ilə qalib gələn qonaqlar səfərdə də eyni nəticəni təkrarlayıb. Bununla "Qəbələ" debütantı mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib.

"ASK Arena"da ötən mövsümün qalibləri üz-üzə gəlib. Son çempion "Qarabağ" kubokun sahibi "Keşlə"nin qonağı olub. Bu oyunda da meydan sahiblərinin 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmaq cəhdi uğursuz nəticələnib. Səfərdə qollu bərabərə qalan "Qarabağ" yarımfinala adlayan son komanda olub.

Qeyd edək ki, digər yarımfinalda "Zirə" və "Sumqayıt" görüşəcək. Sonuncular "Neftçi"ni (2:0, 0:1), qəsəbə klubu "Səbail"i (1:0, 3:2) mübarizədən kənarlaşdırıb.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları

20 dekabr (çərşənbə axşamı)

"Keşlə" – "Qarabağ" - 1:1

QOLLAR: Amil Yunanov, 29 - Miçel, 50

Qırmızı vərəqə: Yekub Jezniçak, 90

"ASK Arena". Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
İlk oyun – 0:1

"Keşlə": 1. Kamran Ağayev (k), 2. Sərtan Taşqın, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 94. Seymur Əsədov, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 65. Cabir Əmirli, 17. Samir Məsimov, 9. Amil Yunanov

Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 78. Elmir Rəhimzadə, 95. Cavid Əliyev, 7. Vaqif Cavadov, 88. Məmməd Quliyev, 23. Conatan Ayite, 14. Andre Klennon, 21. Herve Tçami, 93. Edvinas Girdvainis

Baş məşqçi: Tərlan Əhmədov

"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Markos Madera, 9. Araz Abdullayev, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. Vaqner da Silva , 4. Rahil Məmmədov, 10. Dani Kintana, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Donald Gerye

Baş məşqçi: Qurban Qurbanov

 

"Sabah" – "Qəbələ" - 0:1

QOL: Ceyms Adeniyi, 80

Qırmızı vərəqə: Erik Ramos, 84

"Əlincə Arena". Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
İlk oyun – 0:1
"Sabah": 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 15. Erik Ramos, 25. Vanderson Silva, 33. Eltun Turabov, 11. Elgün Nəbiyev, 10. Cavid İmamverdiyev (k), 21. Novruz Məmmədov, 22. Miloş Bosançiç, 6. Vadim Abdullayev, 77. Şakir Seyidov

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 8. Elşən Abdullayev, 27. Bəxtiyar Soltanov, 14. Tural Qürbətov, 3. Elvin Bədəlov, 2. ülvi İbazadə, 97. Emil Qasımov, 88. Elçin Əsədov
Baş məşqçi: Elşad Əhmədov

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 2. Amin Seydiyev, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 21. Atakora Lalavele, 10. Rauf Əliyev, 99. Abbas Ağazadə
Baş məşqçi:  Sənan Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest