"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az saytının əldə etdiyi məlumata görə, paytaxt klubu serb mərkəz müdafiəçisi Nemanya Andyelkoviçi transfer edib.
 
Artıq tərəflər 2.5 illik müqaviləyə imza atıblar. Transferin tezliklə rəsmən açıqlanması gözlənilir.
 
Qeyd edək ki, Andyelkoviç karyerası ərzində "Javor-Matis", "Metalak" və "Zlatibor" kimi klubların şərəfini qoruyub. 23 yaşlı futbolçunun "Zlatibor"la 2021-ci ilin yayına kimi müqaviləsi var.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest