Yunis Hüseynovu baş məşqçi postundan istefaya göndərən “Keşlə” rəhbərliyi yenə yerli mütəxəssisə şans verəcək. Matc.az saytı xəbər verir ki, hansısa əcnəbi çalışdırıcı ilə danışıqlar aparılmır və böyük ehtimalla, Hüseynovun xələfinin adı bu gün açıqlanacaq.

Sosial şəbəkələrdə bu posta “Neftçi”dən qovulmuş Füzili Məmmədovun gətiriləcəyi barədə xəbərlər yayılıb. Amma onun “bacarığı”na çoxları bəllidi və bu səbəbdən “Keşlə”nin “sükanı arxası”na keçmək şansı yoxdu.

“Keşlə”nin İdarə Heyətinin sədri Zaur Axundovun öz namizədləri var. Onun siyahısında iki Qurbanov var ki, bunlardan biri “Qəbələ”nin sabiq çalışdırısı Sənan bəydi. Çox güman ki, baş məşqçi postu məhz 40 yaşlı məşqçiyə tapşırılacaq. Bu baxımdan onun işsiz olması da “Keşlə”yə sərf edir.

Digər namizəd isə Mahmud Qurbanovdu. Millimizin sabiq futbolçusu, ölkə çempionatının rekordçusu Mahmud Qurbanovun da Hüseynovu əvəzləmək şansı var. “Professor” Roberto Bordinin qovulmasından sonra “Neftçi”nin baş məşqçisi olmağa ən real namizəd olsa da, sonra klub rəhbərliyi yanlış seçim edərək, Füzuli Məmmədova üstünlük vermişdi.

Hazırda “Neftçi”nin əvəzedici komandasının baş məşqçisi olan Qurbanov əməkdaşımızla söhbətində “Keşlə”dən hər hansı təklif almadığını bildirib. Sənan bəylə əlaqə saxlaya bilməsək də, yaxın ətrafı onun “Keşlə”yə keçmək şansının olduğunu təsdiqləyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest