Futbol üzrə İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, bu gün daha üç görüş baş tutub. 
 
"Sevilya" "Valensiya" səddini darmadağınla keçib. Səfərdə "Rayo Valyekano" ilə qarşılaşan "Barselona" da sürprizə imkan verməyib. 
 
"Almeriya" – "Osasuna" görüşündə isə əsas və əlavə vaxtda hesab açılmayıb. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Almeriya" növbəti mərhələyə vəsiqə qazanıb.
 
İspaniya kuboku
1/8 final
 
26 yanvar
 
Valyadolid – Levante – 2:4
Qol: Toni, 13. Vaysmann, 65 – Bardi, 23. Malsa, 45. Koke, 59.
 
Jirona – Vilyarreal 0:1
Qol: Pino, 19.
 
Betis – Real Sosyedad 3:1
Qol: Kanales, 79. B.İqlesias, 96; 111 – Oyarzabal, 13.
 
27 yanvar
 
Sevilya – Valensiya 3:0
Qol: De Yonq, 20; 33. Rakitiç, 38.
 
Almeriya – Osasuna 0:0 (penaltilər 5:4)
 
Rayo Valyekano – Barselona 1:2
Qol: F.Qarsiya, 63 – Messi, 69. De Yonq, 80.
 
28 yanvar
 
22:00. Navalkarnero – Qranada
00:00. Alkoyano – Atletik

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest