İtaliyanın “Napoli” klubunun futbolçusu Fernando Lyorente karyerasını A Seriyasının digər klubunda davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 36 yaşlı futbolçu “Udineze”yə transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İspaniyalı hücumçuyla 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb. O, yeni klubunda 32 nömrəli forma geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest