“Həftəsonu istər televiziya vasitəsilə, istərsə də stadionda Azərbaycan Premyer Liqasının oyunlarını izlədim”. Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov ölkə çempionatındakı mübarizəni dəyərləndirərkən deyib.
 
Vitse-prezident AFFA-nın feysbuk səhifəsinə açıqlamasında komanda sayının artması ilə Premyer Liqadakı mübarizənin daha da gərginləşməsinin vacib olacağını vurğulayıb: “Səkkiz komandalı çempionat həm də o deməkdir ki, heç bir komandaya arxayınlaşmaq olmaz. Hər oyun mübarizədir, hər xalın böyük əhəmiyyəti var. Gələcəkdə komanda sayı artarsa, hazırkı mübarizə əzmini qoruyub-saxlamaq vacibdir”.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest