İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma “Yuventus”un qolkiperi Canluici Buffona məxsus rekordu yeniləyib. 
 
Matc.az xəbər verir ki, italyan futbolçu buna A Seriyasının 22-ci turunda “İnter”ə 0:3 hesabıyla uduzduqları matçda nail olub.
 
21 yaş 361 günlüyündə olan qapıçı yerli çempionatda 200-cü oyununa çıxıb. Beləliklə, Donnarumma 200 matç həddinə çatan ən gənc qolkiper olub.
 
Bundan əvvəlki ən yaxşı göstərici “Yuventus”un qapıçısı Canluici Buffona məxsus idi. Təcrübəli qolkiper vaxtilə buna 24 yaş 84 günlüyündə nail olmuşdu.
 
Donnarumma A Seriyasında 2015-ci il oktyabrın 25-də debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest