Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan klubların kollektivi növbəti dəfə koronavirus testindən keçib.
 
Matc.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, 15-21 fevral aralığında 2633 nəfərdən götürülmüş COVİD-19 testlərindən ikisinin nəticəsi pozitiv olub.
 
Koronavirusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onlar 10 günlük karantinə alınıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest